Azərbaycanda qadın süd vəzilərinə banka qoydu


Digərləri 11 Okt 2019 13:26:00 218 0

Azərbaycanda qadın süd vəzilərinə banka qoydu

Azərbaycanda bu vaxta qədər görülməyən türkəçarə metodu bu dəfə radioloq-mammoloq Günel Qəmbərovanın tibbi praktikasında rast gəlinib. 

Son.az medicina.az-a istinadən bildirir ki, süd vəzisindən irinli qanlı ifrazat gəldiyini görən pasiyent, nəhayət ki, mammoloq yanına gəlir. 

Həkim müayinə zamanı gördüyü mənzərədən dəhşətə gəlir.

"XXI əsrdir amma yenə də belə nadir hallarla üz-üzə gəlirik. Qadın süd vəzisindəki ağrıları götürmək üçün sinəsinə banka qoyub. Nəticə süd vəzidən qanlı ifrazat gəlməyə başlayıb. Heç süd vəzilərinə banka qoymaq olarmı? Sabah görsək ki, biri banka qoyub, sonra çərtib qan çıxarıb, daha təəccüblənməyəcəm". 

Xəstəyə dukloqrafiya - kontrastlı mammoqrafiya olunub, axarlara baxılıb.  Radioloji rəy olaraq süd vəzinin axarlarının deformasiyası, xaotik düzülüşü aşkarlanıb. Digər süd vəzisində axardaxili papilomalar görüldü.  Histoloji rəy olaraq axardaxili papiloma  verildi. 

(adsgarden = window.adsgarden || []).push({});