Xorvatiya - Macarıstan matçından əvvəl 85 azarkeş saxlanıldı


İdman 11 Okt 2019 13:17:00 323 0

Xorvatiya - Macarıstan matçından əvvəl 85 azarkeş saxlanıldı

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Macarıstan oyunu ərəfəsində 85 nəfər saxlanılıb.

Goal.az "Nepszava" nəşrinə istinadən xəbər verir ki, Split polisi ixtişaşlara görə saxlanılanların 36-nın xorvat, 49-nun isə əcnəbi vətəndaşlar olduğunu bildirib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən sonra insident baş verməyib.