“Ər mövzusunda onunla zarafatlaşmışdım”


Digərləri 11 Okt 2019 13:13:00 239 0

“Ər mövzusunda onunla zarafatlaşmışdım”

Bir neçə həftədir Türkiyənin pop ulduzu Hadisəyə davamlı olaraq söz atan müğənni Demet Akalın növbəti dəfə həmkarı barədə açıqlama verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən KİV nümayəndələrinin suallarını cavablandırarkən Hadisə ilə zarafat etdiyini bildirib:

"Ər mövzusunda onunla zarafatlaşmışdım. Amma Hadisə cavab olaraq sadəcə "subaylıq sultanlıqdır" desəydi, məsələ bağlanacaqdı. Demək ki, zarafat anlayışımız fərqlidir".

Qeyd edək ki, söz-söhbətə səbəb Hadisənin Harbiye açıq hava teatrında çıxışı zamanı "məkanın sahibi yeri qayıtdı" deməsidir.

(adsgarden = window.adsgarden || []).push({});