Keşlədə qatarın vurduğu qadın öldü


Digərləri 11 Okt 2019 12:30:00 297 0

Keşlədə qatarın vurduğu qadın öldü

Bakıda bir neçə gün öncə qatarın vurduğu piyada dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan qadın ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq xəsarətləri ağır olduğundan o, hadisədən bir neçə gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, oktyabr ayının 2-də Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, 1986-cı il Tacirə Vidadi qızı Rəhimovanı müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyərkən vurub.