"Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 23 faiz artıb"


Digərləri 11 Okt 2019 12:55:00 262 0

"Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 23 faiz artıb"

Azərbaycanla Əfqanıstan arasında iqtisadi münasibətlər dinamik inkişaf edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstan məhsulları sərgisinin açılışında deyib.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 30 faiz, bu ilin səkkiz ayı ərzində isə 23 faiz artıb. O əlavə edib ki, araşdırmalara əsasən, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycandan olan ixracın payına düşür:

"Əfqanıstan şirkətləri Azərbaycanda yaradılan əlverişli şərtlərdən yararlanaraq öz məhsullarını burada təqdim edirlər. Bu, Əfqanıstan məhsullarının Azərbaycanda təqdim olunduğu ilk sərgidir".