Bələdiyyə seçkilərində 20 mindən çox məhkumun səs verəcəyi gözlənilir


Digərləri 11 Okt 2019 13:00:00 253 0

Bələdiyyə seçkilərində 20 mindən çox məhkumun səs verəcəyi gözlənilir

Qarşıdan gələn bələdiyyə seçkilərində penitensiar müəssisələrdə saxlanılan 20 mindən çox şəxsin səs verəcəyi gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətində qanunlara riayət olunmasına ciddi nəzarət edir və inzibati nəzarət səmərəsini verməkdədir: "Biz çalışmalıyıq ki, bələdiyyələrdə ən layiqli namizədlər təmsil olunsunlar".

A.Cəfərov bildirib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin seçki hüququnun təmin edilməsi vacib məsələlərdəndir: "Artıq 24 ildir ki, məhkumların seçki hüququnun təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq edirik. Artıq penitensiar müəssisələrdə saxlanılanlar arasında bir seçki mədəniyyəti formalaşıb. Cəzaçəkmə müəssisələrində seçki prosesini izləmək üçün işlər aparılır".