Real-ın yetirməsi MLS klubuna keçdi


İdman 11 Okt 2019 12:18:00 340 0

Real-ın yetirməsi MLS klubuna keçdi

Son klubu Valencia olan Alvaro Medran karyerasını ABŞ-da davam etdirəcək.

Goal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Chicago Fire klubuna transfer olunub. MLS təmsilçisi Medranla 2 illik sözləşmə imzalanıb.

Real-ın yetirməsi olan Medran, “kral klubu” ilə 5 oyuna çıxıb və 1 qol vurub.

2016-cı ildən Valencia-da çıxış edən yarımmüdafiəçi sentyabrın 2-dən klubsuz idi.