Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 23 faiz artıb - Nazir


Digərləri 11 Okt 2019 12:45:00 393 0

Azərbaycanla Əfqanıstan arasında  ticarət dövriyyəsi 23 faiz artıb - Nazir

Azərbaycanla Əfqanıstan arasında iqtisadi münasibətlər dinamik inkişaf edir

Bakı. Kəmalə Məmmədli - Azərbaycanla Əfqanıstan arasında iqtisadi münasibətlər dinamik inkişaf edir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstan məhsulları sərgisinin açılışında deyib. Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 30 faiz, bu ilin səkkiz ayı ərzində isə 23 faiz artıb. O əlavə edib ki, araşdırmalara əsasən, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycandan olan ixracın payına düşür: