“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır


Digərləri 11 Okt 2019 12:24:29 413 0

“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır

“Lapis Lazuli” tranzit dəhlizi Əfqanıstan məhsulunun Azərbaycana tədarükü, eləcə də digər ölkələrə tranziti baxımından böyük əhəmiyyət daşıyır.

Bakı. Kəmalə Məmmədli - “Lapis Lazuli” tranzit dəhlizi Əfqanıstan məhsulunun Azərbaycana tədarükü, eləcə də digər ölkələrə tranziti baxımından böyük əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, bu dəhlizin təşviq olunması üçün işlər aparılır: “Əfqanıstan şirkətlərinin öz məhsullarını Azərbaycana təklif edə bilməsi üçün şərait yaradılacaq, öz növbəsində Azərbaycan şirkətləri də Əfqanıstanda işləmək istəyəcəyi təqdirdə zəruri şərait təmin olunacaq”.