Bakıda "07" YPX binasının yanında dirəyə çırpıldı,


Digərləri 11 Okt 2019 10:59:00 302 0

Bakıda "07" YPX binasının yanında dirəyə çırpıldı,

Bakıda ağır yol qəzası olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Qala-Pirallahı yolunda baş verib.

Gecə saatlarında Suraxanı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abuzərov Elman Rauf oğlu idarə etdiyi "VAZ 2107"markalı 99 TC 862 dövlət nömrə nişanlı avtomobillə Pirallahı-Qala yolunda şəhər istiqamətində hərəkətdə olarkən Xəzər rayonu Dövlət Yol Patrul Xidmətinin inzibati binasının yaxınlığında idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.