Balakən III Xurma festivalına hazırlaşır (FOTO)


Digərləri 11 Okt 2019 10:42:32 303 0

Balakən III Xurma festivalına hazırlaşır (FOTO)

Oktyabrın 26-da Balakən rayonunda III Xurma festivalı keçiriləcək.

Bakı. Oktyabrın 26-da Balakən rayonunda III Xurma festivalı keçiriləcək. Trend-in məlumatına görə, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq. Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzəcəklər. Sonra Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya olacaq, xurma ağacları əkiləcək.