Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı


Digərləri 11 Okt 2019 10:47:00 276 0

Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

Bakıda azyaşlı küçədə elkektrik transformatorunda yanıq xəsarətləri alıb.

Bakı. Samir Əli - Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib. 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.