Türkiyə Suriyadakı əməliyyatlarda 277 terrorçunu məhv etdi


Digərləri 11 Okt 2019 10:32:00 190 0

Türkiyə Suriyadakı əməliyyatlarda 277 terrorçunu məhv etdi

PKK/PYD və YPG terror qruplaşmalarının zərərsizləşdirilən terrorçuların sayı 277-ə çatıb.

Bakı. "Sülh bulağı" (Barış Pınarı) əməliyyatı başlandıqdan bəri Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK/PYD və YPG terror qruplaşmalarında zərərsizləşdirilən terrorçuların sayı 277-ə çatıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib. Nazirliyin açıqlamasında sonuncu əməliyyat zamanı daha 49 terrorçunun məhv edildyi bildirilir.