Bakıda özünü pis hiss edən sürücü qəza törətdi FOTO


Digərləri 11 Okt 2019 09:51:00 265 0

Bakıda özünü pis hiss edən sürücü qəza törətdi  FOTO

Bakıda səhər saatlarında yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan "Hyundai ix 35" markalı avtomobil idarəetməni itirərək qarşısında, eyni istiqamətdə hərəkətdə olan "Mercedes 190" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində prospektdə tıxac yaranıb.

Məlumata görə, "Hyundai ix 35" markalı avtomobilin sürücüsü özünü sükan arxasında pis hiss etdiyindən idarəetməni itirib və qarşıdakı avtomobilə çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Hazırda ərazidə tıxacın aradan qaldırılması istiqamətində işlər görülür.