Türkiyə sahillərində 2 zəlzələ olub


Dünya 11 Okt 2019 09:37:00 247 0

Türkiyə sahillərində 2 zəlzələ olub

Türkiyə sahillərində Mərmərə dənizində 4,0 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:52-də qeydə alınıb. Zəlzələnin episentri Yalova vilayətindən 3,71 kilometr məsafədə yerləşib.

Yeraltı təkanların ocağı 10,66 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbulda hiss olunub.

Saat 22:32-də Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ olduğu da bildirilir. Zəlzələlərin episentri Yalova vilayətindən 2,97 kilometr məsafədə, ocağı isə 11,21 kilometr dərinlikdə yerləşib.