Bakıda özünü pis hiss edən sürücü qəza törətdi (FOTO)


Digərləri 11 Okt 2019 09:09:09 214 0

Bakıda özünü pis hiss edən sürücü qəza törətdi (FOTO)

Bakıda səhər saatlarında yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda səhər saatlarında yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb. Prospektlə şəhər istiqamətində hərəkətdə olan "Hyundai ix 35" markalı avtomobil idarəetməni itirərək qarşısında, eyni istiqamətdə hərəkətdə olan "Mercedes 190" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində prospektdə tıxac yaranıb.