Çində körpü uçub: ölənlər var


Digərləri 11 Okt 2019 08:44:00 245 0

Çində körpü uçub: ölənlər var

Çinin şərqindəki Tsyansu vilayətində körpü uçub

Bakı. Çinin şərqindəki Tsyansu vilayətində körpü uçub. Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib. Məlumata əsasən, hadisə nəticəsində ən azı üç nəfər ölüb, 2 nəfər yaralanıb. Bildirilir ki, hadisə oktyabrın 10-da yerli vaxtla saat 18:10-da Usi şəhəri yaxınlığındakı yüksək sürətli yolun bir hissəsində baş verib.