Min evli Kəsəmən və İsrafil Ağanın evi REPORTAJ VİDEO FOTO


Digərləri 11 Okt 2019 04:30:00 111 0

Min evli Kəsəmən və İsrafil Ağanın evi  REPORTAJ  VİDEO  FOTO

Yetmiş səkkiz yaşlı Ağstafa sakini tez-tez uzaq yol qət edib qədim yurdunun - Kəsəmənin unudulmaqda olan tarixi abidələrinə baş çəkməyə gəlir. Onu buna sövq edən 52 ildir qoyub getdikləri tarixi abidələrdir - iki məscid, bir qala, bir də vaxtilə kəndin kovxası olan İsrafil ağaya məxsus ev.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kür çayının sağ sahilində yerləşən Qıraq Kəsəmən kəndinin ərazisində Erkən Tunc dövrünə aid yaşayış məskənləri, bir neçə qədim yaşayış yeri aşkarlansa da, hələ də tədqiq olunmayıb. Qədim yurd yerinin adı əvvəl Qala boz olub, daha sonra Qıraq Kəsəmən adlanıb. Toponimin tarixi adı təxminən 300 il bundan əvvələ gedib çıxır. Tarixçilərin bildirdiyinə görə, kənd öz adını XIV əsrdə Osmanlıların Anadoluda varlığına son qoyduğu Qaraman bəyliyini təşkil edən tayfalardan birinin adından götürüb. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində kənddə 2000-ə yaxın ev vardı. Buna görə də kəndə Min evli Kəsəmən də deyilib.

Tez-tez dörd kilometrlik yolu qət edərək anadan olduğu doğma kəndinə baş çəkən 78 yaşlı Puşkin Qarayev deyir ki, ata-baba yurduna gəlib hündür təpədə oturur və kəndə, onun abidələrinə tamaşa edir: "Bu gün kənddə 4 abidə qalıb. Bu abidələr Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi siyahıya alınıb. Onlardan ikisi məscid, biri qala, biri də İsrafil ağanın evidir".

Müsahibimiz deyir ki, dünyaya bu yurdda göz açıb. Lakin sovet hakimiyyətinin onların yaşadığı ərazidə Kür çayı üzərində su elektrik stansiyası tikmək istəyi kəndin köçürülməsi ilə nəticələnir. 1967-ci ildən başlayaraq kənd rayon mərkəzinə yaxın əraziyə köçürülür. O vaxtdan bu günə kimi əksər kənd sakinləri tez-tez doğma yurdu ziyarət edirlər. Puşkin Qarayev ən çox İsrafil ağanın evinə baxmağa gəlir. Çünki bu ev o vaxtlar kənddə təhsil ocağı, daha sonra tibb məntəqəsi kimi fəaliyyət göstərib.

İsrafil ağa Qazax qəzasında tanınmış bəylərdən, xeyriyyəçilərdən biri idi. Gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında da böyük nüfuz qazanmışdı. O, kəndə ara-sıra basqınlar edən erməni və gürcü oğru dəstələrinin basqınlarının qarşısını almışdı. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvəzində isə kənd sakinlərindən mal-pul yox, bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.

Puşkin Qarayev bildirir ki, İsrafil ağa ilə Qaçaq Kərəm bir müddət dost olublar. Bu dostluq, eləcə də aralarında sonradan yaranan mərdanə düşmənçilik onların adına dastanlar qoşulmasına gətirib çıxarıb.

İsrafil ağanın evi kəndin yüksək ərazisində yerləşirdi. Dörd tərəfində pəncərələri olan 200 kvadratmetrlik ev idi. Tikintisində yumurta sarısından, gil qatından, kərpic və çay daşından istifadə edilib. Kənddən 100 metr yüksəklikdə tikilmiş çoxpəncərəli ev ağaya nəinki kəndi, hətta ətraf əraziləri də nəzarətdə saxlamağa imkan verirdi.

Ümid edirəm ki, yarışlarda yaxşı nəticə göstərəcəyəm - Azərbaycanlı gimnast like
  • 11 Okt 03:35  
Digərləri Ümid edirəm ki, yarışlarda yaxşı nəticə göstərəcəyəm - Azərbaycanlı gimnast

İsmayıllı rayonundan olan gənc azərbaycanlı gimnast Nazlı Mirzəliyeva b

arrow Ətraflı
Şəmkirdə yanğın olub like
  • 11 Okt 02:44  
Digərləri Şəmkirdə yanğın olub

Şəmkirdə yanğın qeydə alınıb

arrow Ətraflı
Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək like
  • 11 Okt 01:55  
Digərləri Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək

Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin ana

arrow Ətraflı
Bakı-Dubay təyyarəsi İranda təcili eniş edib like
  • 11 Okt 01:09  
Digərləri Bakı-Dubay təyyarəsi İranda təcili eniş edib

Bakıdan Dubaya uçan "Flydubai" aviaşirkətinin sərnişin təyyarəsi İranı

arrow Ətraflı
Qanunsuz ovla məşğul olan şəxsdən tüfəng götürülüb like
  • 11 Okt 00:42  
Digərləri Qanunsuz ovla məşğul olan şəxsdən tüfəng götürülüb

Şabranda qanunsuz ovla məşğul olan şəxsdən tüfəng götürülüb.

arrow Ətraflı
Bakı Musiqi Məktəbinin məzunu Vyana Konservatoriyasına qəbul olunub like
  • 11 Okt 00:09  
Digərləri Bakı Musiqi Məktəbinin məzunu Vyana Konservatoriyasına qəbul olunub

Bakı Musiqi Məktəbinin məzunu F.Şubert adına Vyana Konservatoriyasına qə

arrow Ətraflı
Günün qoroskopu: Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayı like
  • 11 Okt 00:01  
Digərləri Günün qoroskopu: Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayı

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Audi A7 Sportback qoşulan hibrid oldu  FOTO like
  • 10 Okt 23:58  
Digərləri Audi A7 Sportback qoşulan hibrid oldu FOTO

Audi şirkəti A7 modelinin hibrid modifikasiyası olan A7 Sportback 55 TFSI e q

arrow Ətraflı
Forward Networks 35 milyon dollarlıq investisiya alacaq like
  • 10 Okt 23:50  
Digərləri Forward Networks 35 milyon dollarlıq investisiya alacaq

Şəbəkə trafikini nəzarətdə saxlamağa kömək edən San-Fransisko mərkə

arrow Ətraflı
Niyə böyük alim Zəməxşəriyə “carullah” deyirlər? like
  • 10 Okt 23:45  
Digərləri Niyə böyük alim Zəməxşəriyə “carullah” deyirlər?

Ərəb dilindən tərcümədə "carullah" - Allahın qonşusu deməkdi

arrow Ətraflı