"Abırhəya gözəl şeydir" Nadir Qafarzadə


Şou-biznes 11 Okt 2019 03:30:00 271 0

"Abırhəya gözəl şeydir"  Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə "Maşın şou"nun iştirakçılarını tənqid edib. Son.az xəbər verir ki, sənətçi bildirib ki, şounun əvvəlki buraxılışlarındakı iştirakçılar etik çərçivələri daha çox qoruyurdular:

""Maşın şou"nun əvvəlki iştirakçıları bilirdilər ki, həyat  on səkkiz gündən ibarət deyil. Şoudan çıxandan sonra biz yenə də üz-üzə gələcəyik. Ona görə də etik qaydaları gözləyirdik. İndi "Maşın şou"ya baxmıram, vaxtım olmur, iş dalınca qaçıram. Mənim bu dəqiqə iş dalınca qaçan, problem həll edən, ailəm üçün çalışan vaxtımdır. Düzdür, "Maşın şou" axşam saatlarında efirə gedir, lakin mən pul qazanmalıyam. Mənim üçün pul qazanmağın gecəsi, gündüzü yoxdur. Mən bütün fəsillərdə yaşayan qarışqayam. Düşünürəm ki, əvvəllər şounun iştirakçıları daha tanınan, maraqlı simalar olurdu və etikanı gözləyirdilər. İndi zamanın tələbinə görə simalar da dəyişib. Biz hamımız sənət dostlarıyıq. Bir maşından ötrü etikadan kənara çıxmaq düzgün deyil. O maşın ola da bilər, olmaya da. Abır-həya gözəl şeydir".

Qafarzadə bildirib ki, bəzən ölkədən getmək haqqında düşünür:

"Düzdür son zamanlarda abır-həya çoxlarına aid deyil. Elə buna görə də son zamanlarda hər şeydən qaçıram, özümə qapanıram. Çalışıram belə şeyləri görməyim. Qaçmaq istəsəm də, düşünürəm öz vətənimdən hara qaçım? Ölkəni kimə qoyub gedək? Bu abırsızlara, həyasızlaramı qoyub gedək? Ona görə də ən yaxşısı evinə, ailənə qapanıb onları görməməkdir''. 

Müğənni həmçinin ölkədə olan hadisələri düzəltmək üçün dövlət səviyyəsində qurumun olmasını arzuladığını bildirib: