Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək


Digərləri 11 Okt 2019 01:55:38 289 0

Xalq şairi Süleyman Stalskinin 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək

Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur.

Bakı. Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur. Trend-in məlumatına görə, bu münasibətlə, 2019-cu ilin oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir. Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri keçmiş SSRİ xalqlarının, həmçinin dünyanın yüzdən çox ölkəsinin dillərinə tərcümə olunmuşdur. Bu il Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında şairin 150 illik yubileyi təntənə ilə qeyd edilmişdir.