Azərbaycan nefti bahalaşır


Digərləri 10 Okt 2019 23:30:00 342 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 62,02 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.