Adobe minlərlə istifadəçinin hesabını ləğv etdi


Digərləri 10 Okt 2019 23:15:00 338 0

Adobe minlərlə istifadəçinin hesabını ləğv etdi

Ölkələr arasındakı iqtisadi müharibələr İT sektoruna da yayıldı. Son dövrlərdə Adobe  İrandan hesab açan bir istifadəçinin hesabını bağlamışdı, bu dəfə Adobe, Venesuela istifadəçilərinin hesablarını ləğv etdi.

Son.az techland.az-a istinadən bildirir ki, Huawei firması ilə olan problemləri üçün ARM, Google kimi şirkətlərin sanksiyalar icra etməsi üçün rəhbərlik Adobe ilə əlaqə yaratdı. Adobe, Trumpın tələbi ilə Venesueladakı istifadəçilərin hesablarını ləğv etdi.

Şirkət ABŞ-ın fərmanı ilə bağlı bir məktub yaydı. 13884 saylı fərmana əsasən, ABŞ şirkətlərinin hamısının Venesueladakı hesabları ləğv olundu, şirkətin bu səbəbdən hesabları birtərəfli qaydada dayandırdığını açıqladı.

Paylaşılan qərarnamədə satış, xidmət, dəstək, geri qaytarılma, kreditlər və s. üçün heç bir bəndin olmadığını bildirən səlahiyyətli şəxslər, verilmiş fərmanda bu problemin nə vaxt həll ediləcəyi ilə bağlı hər hansı bir açıqlama verməkdən çəkindilər.

(adsgarden = window.adsgarden || []).push({});