Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib FOTO


Siyasət 10 Okt 2019 22:57:00 131 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib  FOTO

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Son.az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yenilənmiş həyət Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 7, 8, 9,10, 10A, 10V, 10B ünvanlarında 4 200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, velosiped yolu çəkilib.

Eyni zamanda, ərazidə 12 söhbətgah və ahıllar evi inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 2 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Suraxanı rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuz üçüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Next Insuranceın qiymətləndirilməsi 1 milyardı keçdi like
  • 10 Okt 22:50  
Digərləri Next Insuranceın qiymətləndirilməsi 1 milyardı keçdi

Kiçik müəssisələr üçün rəqəmsal sığorta təminatçısı olaraq xidm

arrow Ətraflı
Həqiqətənmi Quranda şeir və şairlər tənqid olunur? like
  • 10 Okt 22:45  
Digərləri Həqiqətənmi Quranda şeir və şairlər tənqid olunur?

Qurani-Kərimin 26-cı surəsi "əl-Şüəra" (Şairlər) adlanır. Bu

arrow Ətraflı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib (FOTO) like
  • 10 Okt 22:45  
Digərləri

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin

arrow Ətraflı
İşinizə fokuslanmağa kömək edəcək startap – like
  • 10 Okt 22:40  
Digərləri İşinizə fokuslanmağa kömək edəcək startap –

Gün ərzində hamımızın etməli olduğumuz işlər və tamamlamalı olduğum

arrow Ətraflı
Lənkəranda itkin düşən 48 yaşlı qadın tapıldı like
  • 10 Okt 22:39  
Digərləri Lənkəranda itkin düşən 48 yaşlı qadın tapıldı

Lənkəran şəhərində itkin düşən qadın tapılıb.

arrow Ətraflı
İntim münasibətləri canlandırmaq üçün 5 üsul – like
  • 10 Okt 22:35  
Digərləri İntim münasibətləri canlandırmaq üçün 5 üsul –

Hazırda çox sayda qadın və kişi libidonun aşağı düşməsindən, intim h

arrow Ətraflı
RollsRoyce Cullinan Black Badge 600 at qüvvəsinə malik olacaq like
  • 10 Okt 22:30  
Digərləri RollsRoyce Cullinan Black Badge 600 at qüvvəsinə malik olacaq

Bu günə qədər Rolls-Royce avtomobilləri arasında Black Badge modifikasiyas

arrow Ətraflı
Depressiya dərmanından süd vəzisi böyüyən kişi dava açdı – like
  • 10 Okt 22:25  
Digərləri Depressiya dərmanından süd vəzisi böyüyən kişi dava açdı –

Məşhur dərman markası ondan şikayətçi olan şəxsə 8 milyon dollar təzm

arrow Ətraflı
Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb like
  • 10 Okt 22:22  
Digərləri Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

arrow Ətraflı
Mərkəzi Bank növbəti hərrac keçirib like
  • 10 Okt 22:21  
Digərləri Mərkəzi Bank növbəti hərrac keçirib

Oktyabrın 10-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hər

arrow Ətraflı
Elektrikli skuter startapı Bird 275 milyon dollar investisiya əldə edib like
  • 10 Okt 22:20  
Digərləri Elektrikli skuter startapı Bird 275 milyon dollar investisiya əldə edib

Elektrikli skuter startapı Bird 275 milyon dollar investisiya əldə edib. Yeni

arrow Ətraflı
Ağlınızı oxuyaraq sizi sakitləşdirən 150 dollarlıq cihaz like
  • 10 Okt 22:15  
Digərləri Ağlınızı oxuyaraq sizi sakitləşdirən 150 dollarlıq cihaz

İnsanların dincəlmək və ya meditasiya etmək üçün istifadə etdikləri b

arrow Ətraflı
Render adlı startap Battlefield 2019’un qalibi seçildi like
  • 10 Okt 22:10  
Digərləri Render adlı startap Battlefield 2019’un qalibi seçildi

Startup Battlefielddə səhnəyə çıxan 18 startapdan beşi dünən final mər

arrow Ətraflı
2 dəqiqəyə necə şirin yuxuya getməli? like
  • 10 Okt 22:05  
Digərləri 2 dəqiqəyə necə şirin yuxuya getməli?

Yuxusuzluq və yuxudan doymamaq artıq insanların sağlamlığını təhlükə

arrow Ətraflı
Ferrari ikinci rodsteri təqdim edib  FOTO like
  • 10 Okt 22:01  
Digərləri Ferrari ikinci rodsteri təqdim edib FOTO

Uzunmüddətli fasilədən sonra, Ferrari şirkəti V12 mühərriki ilə təchiz

arrow Ətraflı