Next Insuranceın qiymətləndirilməsi 1 milyardı keçdi
Digərləri 10 Okt 2019 22:50:00 310 0
Kiçik müəssisələr üçün rəqəmsal sığorta təminatçısı olaraq xidmət göstərən Next Insurance, C Seriyası investisiya turunda 250 milyon dollar sərmayə qazandı. Yeni sərmayə ilə ümumi qiymətləndirməsini 1 milyard dollardan çox artırdı və beləliklə "unicorn şirkət" adı aldı.
Son.az techland.az-a istinadən bildirir ki, Almaniyada fəaliyyət göstərən Münhen Re-nin rəhbərliyi altında yeni investisiya turundan əvvəl Next Insurance Redpoint Ventures şirkətinin B seriyası investisiya turunda 83 milyon dollar qazanmışdı. Next Insurance-ın həmtəsisçisi və icraçı direktoru Guy Goldstein 250 milyon dollarlıq yeni sərmayəni yeni məhsul istehsal etmək və müştəri təşəbbüslərini genişləndirmək üçün istifadə edəcəklərini açıqladı.
Next Insurance-dan istifadə edən şirkətlər Basic, Pro və ya Pro Plus paketlərindən birini seçə bilərlər. Müştərilər təklif üçün bir sorğu verir və bir neçə dəqiqə ərzində bir paket alırlar.
(adsgarden = window.adsgarden || []).push({});
Mənbə: milli.az