Ağcabədidə qohumlar dava etdi, dayıoğlu bibioğlunu ürəyindən bıçaqladı


Kriminal 10 Okt 2019 20:11:00 351 0

Ağcabədidə qohumlar dava etdi, dayıoğlu bibioğlunu ürəyindən bıçaqladı

Ağcabədi rayonunda qohumlar arasında bıçaqlaşma olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun mərkəzində baş verib.

Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Məhərrəmov Ruslan Tofiq oğlu doğma bibisi oğlu, 1999-cu il təvəllüdlü Quliyev Əli Ənvər oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə R.Məhərrəmov üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Ə.Quliyevi ürəyindən bıçaqlayıb.

Ə.Quliyev təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.