Armudun bitməyən faydaları –


Digərləri 10 Okt 2019 21:16:00 307 0

Armudun bitməyən faydaları –

Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var. Son.az medicina.az-a istinadən bildirir ki, hələ qədim zamanlardan çinlilər armud meyvəsini - uzunömürlülük simvolu adlandırırdılar, çünki armud ağacı digər meyvə ağaclarından daha uzun ömür sürür. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.

- Armud arıqlamağa kömək edir. Zəngin lif mənbəyi olan armud uzun müddət tox tutmağı təmin edir.

- Xərçəngin qarşısını alır. Anti-kanserogen xüsusiyyətləri ilə mümkün xərçəng hüceyrələrinin meydana gəlməsinin qarşısını alır.

- Tərkibindəki  antioksidanlar sayəsində soyuqdəymə, qrip və qrip kimi xəstəliklərə qarşı toxunulmazlığı güclü saxlayır.

- Həzm sisteminə müsbət təsir edir.

- Ürək sağlamlığı üçün faydalıdır və qan artırır. Kaliumla zəngin olduğu üçün ürək sağlamlığı üçün faydalıdır. Digər tərəfdən, bədənin hər tərəfində qan dövranını gücləndirir.

- Sümükləri gücləndirir. Armuddakı minerallar sümükləri möhkəmləndirir.

- Diabetik xəstələr üçün tövsiyə olunur. Ümumiyyətlə  həkimlər  armudu diabet xəstələrinin qida rasionlarına  salmalarını məsləhət görür.

(adsgarden = window.adsgarden || []).push({});