Səfir: Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər


Digərləri 10 Okt 2019 20:27:41 218 0

Səfir: Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər

Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər.

Bakı. Ləman Zeynalova - Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər. Trend-in məlumatına görə, bunu Türkmənistanın Bakıdakı səfiri Məkan İşankuliyev Türkmənistanın Müstəqillik Günü münasibətilə təşkil edilən qəbulda bildirib. Səfir əlavə edib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir: "Böyük potensiala sahib olan Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən regional və yanacaq, enerji, nəqliyyat və tranzit sahələrində beynəlxalq əhəmiyyətli iri layihələr həyata keçirirlər." Daha sonra o, Türkmənistan və Azərbaycanın açıq və qarşılıqlı dialoq apardığını qeyd edib: "İkitərəfli münasibətlərin bütün sahələrində ölkələrimiz bərabərlik, qarşılıqlı hörmət və etimad ruhunda konstruktiv həllər tapırlar". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin