“Maşın” şouda nə baş verir?


Digərləri 10 Okt 2019 20:07:00 312 0

“Maşın” şouda nə baş verir?

Başlayan gündən etibarən tamaşaçıları ekrana kilidləyən, reytinqləri alt-üst edən, ölkənin ən bahalı realiti şousu "Maşın"ın qonağı bu dəfə media nümayəndələri olub.

Son.az Oxu.az-a istinadən bildirir ki, dəyəri 50 min manatlıq "Opel İNSİGNİA" avtomobili uğrunda qızğın mübarizə aparan məşhurlar jurnalistlərin suallarını cavablandırıblar. 

"Maskarad"da sağ göstərib sol vuran, söz aparıb-gətirən, ara qızışdıran iştirakçıların sayı yetərincə oldu.

"Oyunçılar arasında simasını itirən kim oldu?" sualını 9 məşhur bu cür cavablandırdı:

Müğənni Niyam Səlami: "Burada elə bir iştirakçı oldu ki, şou bitəndən sonra real həyatda o mənim dostum belə ola bilməz. Ad çəkmirəm. Simasını itirdiyini deyə bilmərəm, amma xarakterinə bələd oldum. Xarakterimizə uyğun olmayan insan var idi. Ona "salam" verə bilsəm də, "dost" ola bilmərəm".

Aparıcı Zümrüd Qasımova: "Şouda çıxan iki insanı həyatım boyu bir də danışdırmayacağam. Ad açıqlamaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, birinci və ikinci gün mənə çox pis zərbə vurdu. Əsəblərimi korladı, səhhətimə təsir etdi və məni stressə saldı. Digər şəxs isə bir neçə gün sonra əsl üzünü mənə göstərdi. Onların heç biri ilə üzləşmək istəməzdim".

Aparıcı Suna Kasımoğlu: "Neqativlər haqqında danışmaq istəməzdim. Amma burada dəyər qazandığım məqamlar da var. Şouda və ya şoudan kənarda yaxşı dost deyə biləcəyim insanlar oldu. Yatmaqdan savayı, iştirakçılarla hər dəqiqə birlikdəyik. Onlar arasında gözəl xarakterə sahib olan insanları tanıdım. Əgər bu çətin şərtlərlə simasını itirmədilərsə, xarakterlərini dəyişmədilərsə, demək həqiqətən də onlara dost demək olar. Onlarla oyundan kənarda belə, dost olacağam. Ramal və Zümrüd burada mənim ən yaxın dostlarımdır".

Müğənni Ramal İsrafilov: "İştirakçıların çoxu ad açıqlamadılar. Amma düz oyun apardığım kimi sualınızı düz və açıq şəkildə cavablandıracağam. "Maşın" şouda Aqşini tanıdım. Çox kinlidir, nə ağlı var, nə bir şeyi, söz aparıb-gətirəndir. Burada azart var. Sevgi, dostluq, rəqabət hamısı bir-birinə qarışır ona görə də, aləm dəyib. Heç kim bir-birinə inanmır. Ona görə də bundan sonra susmayacağam, danışacağam".

Xalq artisti Fatma Mahmudova: "Mənə kənardan deyirlər ki, sən şouda danışanda 5 xanımın üzündə xoşagəlməz ifadə olur. Belə olmamalıdır. Mən yaşda bütün iştirakçılardan böyüyəm. Dilimə elə bir söz almamışam ki, kimsə mənimlə oyunda bu cür rəftar etsin. Burada kimsə danışıb, fikirlərini izah edirsə, ağız büzməyin nə mənası var? Mən adam çıxardan olsaydım, əlimə düşən o iki şansdan istifadə edib, oyundan kənarlaşdırardım. Bu da mənim taktikam idi. Oynadım da, mən oyun oynadım. Heç kimin xətrinə və qəlbinə dəymədim".

O ki qaldı oyunda söz aparıb-gətirən iştirakçılara, bir səslə oyunçular hələ də belə bir şəxsin şouda olmasını təsdiqlədilər. 

Müğənni Aysun İsmayılovanın şouda sağ göstərib sol vurması müzakirələrə səbəb olub. Belə ki oyunda hədəfinin aktyor Məcid Hüseynov olduğunu bildirən Aysun, səs toplamayıb şounu tərk etdikdən sonra, əslində hədəfinin aparıcı Kəmalə Piriyeva olduğunu açıqlayıb. Aparıcı isə ifaçının bu açıqlamasını bu cür şərh edib: 

"Aysunun məni çıxaracağını gözləmirdim. Çünki şoudan öncə məni bu barədə rahatlaşdırıb, inandırmışdı. Ona görə də sakit idim. Bilsəydim, danışardım, susmazdım. Hətta şouda ona yaxın olan Türkan Vəlizadədən Aysunun hədəfinin mən olduğumu soruşsam da, o bunu inkar etdi".

İştirakçılara ünvanlanan "9 gündür ki realiti şoudasız. Evdən, yaxınlarınızdan kənardasız. Burada ola-ola ən çox nə üçün darıxırsız?" suallardan biri oldu.

Aparıcı Zümrüd Qasımova: "Maşın sürmək üçün çox darıxmışam". 

Xalq artisti Fatma Mahmudova: "Heç kim üçün darıxmamışam". 

Müğənni Türkan Vəlizadə: "Ailəm üçün darıxmışam". 

(adsgarden = window.adsgarden || []).push({});