"60 yaşdan yuxarı qadınlarda ginekoloji şişlərin əmələ gəlməsi prosesi artıb"


Digərləri 10 Okt 2019 19:49:00 292 0

"60 yaşdan yuxarı qadınlarda ginekoloji şişlərin əmələ gəlməsi prosesi artıb"

"Son zamanlar ən çox yayılan ginekoloji problem sonsuzluqdur. Əslində bunu geniş yayılma kimi deyil, diaqnostik meyarlarının yaxşılaşması ilə əlaqələndiririk".

Son.az e-tibb.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib. Bildirib ki, Azərbaycanda sonsuzluğun səbəbini öyrənmək üçün hər bir şərait var. Onun sözlərinə görə, eynilə sonsuzluq problemini həll etmək üçün bütün müasir üsulları icra etmək imkanı mövcuddur.

Baş mütəxəssis bildirib ki, mamalıq sahəsində ən problemli hallardan biri ana ölümlərinin səbəbi olan qanaxmalardır: "Burada da yeni müalicə üsullarından, yanaşmalardan istifadə olunur ki, anaları itirməyək".

Ginekoloji şişlərin geniş yayılması barədə suala cavabında S. Məmmədova qeyd edib ki, adətən ginekoloji şişlər müştərək ginekoloji orqanlarda qeydə alınırsa, o zaman radikal yanaşma tələb olunur, yəni ginekoloji orqanlar xaric olunur.

Onun sözlərinə görə, son illərdə ginekologiya sahəsində ən çox icra olunan cərrahiyyə əməliyyatı uşaqlığın və yumurtalıq kistalarının laporoskopik üsulla çıxarılması əməliyyatlarıdır.

Ginekoloq bildirib ki, son 3 ildə 360 xəstə üzərində aparılan tədqiqatla müəyyən olunub ki, Azərbaycanda ginekoloji şişlərə əsasən 44-83 yaşına kimi olan qadınlarda rast gəlinir. Orta hesabla 60 yaşdan yuxarı qadınlarda ginekoloji şişlərin əmələ gəlməsi prosesi son illər artıb.

(adsgarden = window.adsgarden || []).push({});