BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib (FOTO)


Digərləri 10 Okt 2019 19:28:23 84 0

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib (FOTO)

Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə II Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev professor Aida İmanquliyevanın şərqşünaslıq elminə töhfələrindən danışıb. Bildirib ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə sərf edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib. Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor olan Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı olduğunu vurğulayan rektor alimin analitik təfəkkürü və zəngin mütaliəsini tədqiqatlarının əsas uğurunu şərtləndirən amillər olduğunu qeyd edib. Rektor Elçin Babayev görkəmli alimin Azərbaycan şərqşünaslıq elmini iştirak etdiyi beynəlxalq konfranslarda layiqincə təmsil etməsindən, yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasındakı xidmətlərindən danışaraq uzun illər Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini, ərəb filologiyası fənnindən oxuduğu maraqlı mühazirələri ilə yetirmələrinin yaddaşlarında dərin iz buraxdığını da diqqətə çatdırıb. Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, 1962-ci ildə Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas məzunlarından biri olan Aida İmanquliyeva 1966-cı ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib, həmin ildən Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlayıb, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1991-ci ildən ömrünün son günlərinədək direktor vəzifələrində çalışıb. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olan Aida xanım elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, uzun müddət BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs aparıb.
Mənzurə Musayeva: "Sponsorum olmayıb ki, deyim..." like
  • 10 Okt 19:14  
Şou-biznes Mənzurə Musayeva: "Sponsorum olmayıb ki, deyim..."

"Mənim haqqımda heç nə deyə bilməzlər. Ağzıgöyçəklər arxamca d

arrow Ətraflı
Məşqçi: Milli Gimnastika Arenasında gimnastlar üçün gözəl şərait yaradılıb like
  • 10 Okt 19:10  
Digərləri Məşqçi: Milli Gimnastika Arenasında gimnastlar üçün gözəl şərait yaradılıb

Mənim yetirmələrim yarışlarda qalib gəlmək istəyir, amma həmişə hər

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 10 Okt 19:04  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Oktyabrın 11-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə göndərən anadan like
  • 10 Okt 18:59  
Kriminal 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə göndərən anadan

Bakıda 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atm

arrow Ətraflı
Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək hər zaman rahatdır like
  • 10 Okt 18:55  
Digərləri Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək hər zaman rahatdır

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakç

arrow Ətraflı
Ən seksual peşə hansıdır? like
  • 10 Okt 18:54  
Digərləri Ən seksual peşə hansıdır?

Britaniyanın "Lelo" araşdırma şirkəti peşələr arasında araş

arrow Ətraflı
Kolumbiya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO) like
  • 10 Okt 18:49  
Digərləri Kolumbiya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Əbülfəs Qarayev Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş

arrow Ətraflı
Müğənnilərin ucuzlaşdırdığı "həci", yaxud "hacı" titulu like
  • 10 Okt 18:49  
Şou-biznes Müğənnilərin ucuzlaşdırdığı "həci", yaxud "hacı" titulu

Son zamanların trendinə çevrilmiş "Hacı", yaxud "Həci"

arrow Ətraflı
"Petkim" istehsal rekorduna imza atıb like
  • 10 Okt 18:44  
Digərləri "Petkim" istehsal rekorduna imza atıb

"Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər i

arrow Ətraflı
Ucarda kənd ərazisində silah-sursat tapılıb (FOTO) like
  • 10 Okt 18:43  
Digərləri Ucarda kənd ərazisində silah-sursat tapılıb (FOTO)

Ucarda kənd ərazisində 3 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı və 2

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 10 Okt 18:41  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı