Məşqçi: Milli Gimnastika Arenasında gimnastlar üçün gözəl şərait yaradılıb


Digərləri 10 Okt 2019 19:10:59 247 0

Məşqçi: Milli Gimnastika Arenasında gimnastlar üçün gözəl şərait yaradılıb

Mənim yetirmələrim yarışlarda qalib gəlmək istəyir, amma həmişə hər şey asan olmur.

Bakı. Cani Babayeva - Mənim yetirmələrim yarışlarda qalib gəlmək istəyir, amma həmişə hər şey asan olmur. Bunu Trend-ə Gəncə-Naftalan Sağlamlıq Mərkəzinin bədii gimnastika üzrə məşqçisi Larisa Aulina deyib. O bildirib ki, 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kubok məsuliyyətli yarışlardır: “Mən məşqçi kimi öz yetirmələrimi dəstəkləyirəm, onlara deyirəm ki, ən əsası yaxşı çıxış etmək və bacarıqlarını göstərməkdir. Bizdən müxtəlif yaş qruplarında on gimnast iştirak edir. Milli Gimnastika Arenasında həmişəki kimi təşkilatçılıq gözəldir, hər şey yüksək səviyyədə keçir. Burada gimnastlar üçün gözəl şərait yaradılıb və hər zaman çıxış etmək xoşdur”.