Kəsilmiş-deşilmiş xəsarətlər alan Yevlax sakini Mingəçevirdə öldü


Digərləri 10 Okt 2019 19:16:00 252 0

Kəsilmiş-deşilmiş xəsarətlər alan Yevlax sakini Mingəçevirdə öldü

Yevlaxda qətl törədilib.

Bakı. Samir Əli - Yevlaxda qətl törədilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisindən kənd sakini Rasim Nazarovun kəsilmiş-deşilmiş xəsarətlə Mingəçevir şəhər xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax RPŞ-yə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən kənd sakini Y.Çuqay saxlanılıb.