Ukraynada azərbaycanlı rüşvətə görə saxlanıldı


Kriminal 10 Okt 2019 18:04:00 248 0

Ukraynada azərbaycanlı rüşvətə görə saxlanıldı

Böyük Pisarevka keçid məntəqəsindən Ukraynaya keçmək istəyən Azərbaycan vətəndaşı sərhədçilərə rüşvət verməyə cəhd göstərib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 9-da baş verib.

Sərhəd nəzarəti zamanı azərbaycanlı şəxs gömrükçülərə Ukraynaya keçmə məqsədini əsaslandıra bilməyib. Sözügedən şəxs sərhədi keçə bilmək üçün gömrük işçisinə pasportun arasında 2000 rubl (təxminən 52 manat - red.) təklif edib.

Sərhədçilər aşkar edilmiş qanun pozuntusunun qarşısını almaq üçün bütün lazımi tədbirləri görüblər. Dərhal polisə qanun pozuntusu faktı ilə bağlı bildiriş göndərilib və Ukrayna Cinayət Məcəlləsinin 369-cu (vəzifəli şəxsə hədiyyə etmə, vəd etmək və ya həddən artıq müavinət verilməsi) maddəsi üzrə cinayət işi başlanılıb.