14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə göndərən anadan


Kriminal 10 Okt 2019 18:59:00 297 0

14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə göndərən anadan

Bakıda 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qeyd edilib ki, qadın kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə Z.Bayramovanın müraciətini təmin edib.

İttihama görə, Bakıda evli olan Z.Bayramova onunla birgə ittiham edilən İsaməddin Hacatovla sevgili olub.

Məhkəmədə ifadə verən qadın bildirib ki, İsaməddin ona zəng edib, telefonda böyük qızının bədən quruluşundan xoşu gəldiyini deyib:

"Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Söylədim, belə şey edə bilmərəm.

Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım.

3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi.

Videonu çəkib İsaməddinə atdım".