"Petkim" istehsal rekorduna imza atıb


Digərləri 10 Okt 2019 18:44:00 322 0

"Petkim" istehsal rekorduna imza atıb

"Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında "Petkim"in Baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi "Petkim"dir:

""Petkim" bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il "Petkim"ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb".