Müğənnilərin ucuzlaşdırdığı "həci", yaxud "hacı" titulu


Şou-biznes 10 Okt 2019 18:49:00 261 0

Müğənnilərin ucuzlaşdırdığı "həci", yaxud "hacı" titulu

Son zamanların trendinə çevrilmiş "Hacı", yaxud "Həci" mövzusu, insanlarda qıcıq yaradan məsələrdən biridir. Şübhəsiz ki, bu ərəfələr dini titul daşıyan şəxslərin adını ən çox hallandıran məhz sənət adamları, daha dəqiq desək, müğənnilərdir. Ümumiyyətlə, bu kimi məsələlərdə dini titul sahiblərinin adının hallandırılması, məsxərə obyektinə çevrilməsinə ilahiyyatçıların münasibəti necədir?

Son.az xəbər verir ki, tanınmış ilahiyyatçı hacı Şahin Həsənli "Ölkə.az"ın əməkdaşına bildirib ki, dini ayinlərə ciddi yanaşmaq lazımdır. 

"Mənim mövzu ilə bağlı tam məlumatım olmasa da ümumi deyə bilərəm ki, bu cür müqəddəs titulun mənfi fikirlə adının hallaması düzgün deyil. Düzdür, həccə gedən insanların arasında müxtəlif əxlaqa, düşüncəyə sahib olan insanlar var. Bu cür adların gülüş, məsxərə obyektinə çevrilməsi tamamilə yanlışdır. Çünki həcc Allahın evinin adı ilə bağlı olan bir yerdi".

İlahiyatçı əməkdaşımızın "Sizcə, bu kimi hallara qadağa olmalıdırmı?" sualına da fikir bildirib.

"Çox heyif ki, bü cür halların hüquqi qüvvəsi yoxdur, bu sırf əxlaqla bağlıdır. Hər bir məsələdən, reytinq, ad-san qazanmaq üçün istifadə etmək hər kəsin öz daxili işidir, ancaq bəzi məsələlərdə çox diqqətli olmaq lazımdır. Dindən bu cür işlərində istifadə etməməlidirlər. İstənilən məsələ müzakirələrə açıq olur, ancaq dini ayinləri müqəddəsliyi qorunmalıdır".

İlahiyyaçı Elşad Miri isə məsələyə yumorla yanaşıb: