Məktəblərdə övladlarımızın sağlığı nə dərəcədə qorunur?


Digərləri 10 Okt 2019 18:09:00 78 0

Məktəblərdə övladlarımızın sağlığı nə dərəcədə qorunur?

Məktəblərdə şagirdin təhsili ilə yanaşı, onun sağlamlığı da önəmlidir. Valideyn övladını təhsil müəssisəsinə etibar edirsə və uşaq günün çox hissəsini burada keçirirsə, lazımi şəraitin də yaradılması şərtdir. Son.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür. Dərs müddətində şagird səhhəti ilə bagli bir çox problemlərdə üzləşə bilər. Şagird: "Dərs vaxtı bəzən başımız ağrıyır, ona görə tibb məntəqəsinə gəlirik, burada bizə dərman verirlər. Bir yerimiz zədələnəndə ilkin tibbi yardım göstərib, yaramızı bağlayırlar". Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq tibbi kabinet ayrılmalı, bu sahə üzrə ixtisaslı kadrlar çalışmalıdır. Həmin tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhəl ilkin yardım göstərməlidir. Ağgün İlyasova - 2 saylı uşaq poliklinikasının tibb bacısı: "Məktəb bizə təhvil veriləndən bugünə qədər çalışır. Səhər tezdən gəlib uşaqlara nəzarət edirik. Xəstə, nasaz uşaqları otağa dəvət edib ilkin tibbi yardım göstəririk". Amma məktəblərin çox az hissəsində tibbi yardım otaqları yaradılıb. Bəzi təhsil müəssisələrində isə siniflərdə tibbi yardım ləvazimatları saxlanır. İlkin müdaxiləni isə əlacsızlıqdan ya müəllimlər, ya da şagird yoldaşları etmək məcburiyyətində qalır. Direktor müavini: "Məktəbdə tibb bacısı vəzifəsi yoxdur. Buna görə də mən özüm başda olmaq şərtilə müəllimlərimiz sinif otaqlarında tibbi avadanlıqlar saxlayırıq. Uşaqlar da həmin tibb çantasının yerini bilirlər. İstənilən zaman onlar bir-birlərinə də tibbi müdaxilə edə bilirlər".   Bu imkanlar heç də təhsil müəssisələrinin hamısında yoxdur. Elə məktəblər də var ki, səhhətində problem yaranmış şagirdi maarifləndirici söhbətlə sağaltmağa cəhdlər göstərilir. Rəşid Nurməmmədov - Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi: "Biologiya müəllimlərinin, uşaq birliyi rəhbərlərinin vasitəsilə uşaqları ilk tibbi yardım göstərilməsi istiqamətində bəzi işlər də təşkil edilir. İlkin tibbi yardım edilməs istiqamətində maarifləndirici lövhələrin hazırlanması da prioritet məsələlərdəndir". Təbii ki, bu kifayət deyil. Ekspertlər bildirirlər ki, tibb bacısı tərəfindən məktəblərdə şagirdlərin sağlamlığı üçün təhlükə yarada biləcək bütqn amillər nəzərə alınıb, tədbirlər gorülməlidir. Bura bufetdəki qidaların istifadə müddətindən, döşəməni silmək üçün istifadə olunan xlorun tərkibinin yoxlanmasına qədər proseslər daxildir. Ağgün İlyasova - 2 saylı uşaq poliklinikasının tibb bacısı: "Tez-tez siniflərə gedib uşaqlara nəzarət edirik. Qidalarının istifadə tarixinə qədər baxıb, diqqət göstəririk". Qeyd edək ki, Nazirlər Kabineti "Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili" qaydalarını təsdiqləyib. Həmin qaydalara görə, ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalı və tibbi xidmət pulsuz həyata keçirilməlidir.

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});
Ukraynada azərbaycanlı rüşvətə görə saxlanıldı like
  • 10 Okt 18:04  
Kriminal Ukraynada azərbaycanlı rüşvətə görə saxlanıldı

Böyük Pisarevka keçid məntəqəsindən Ukraynaya keçmək istəyən Azərbay

arrow Ətraflı
Allahşükür Paşazadə Gürcüstan səfiri ilə Keşikçidağla bağlı müzakirə aparıb like
  • 10 Okt 17:56  
Digərləri Allahşükür Paşazadə Gürcüstan səfiri ilə Keşikçidağla bağlı müzakirə aparıb

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə Gür

arrow Ətraflı
Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub  FOTO like
  • 10 Okt 17:55  
Siyasət Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Oktyabrın 10-da Aşqabadda Azər

arrow Ətraflı
Bu münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır like
  • 10 Okt 17:54  
Siyasət Bu münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır

Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovu

arrow Ətraflı
Zərərçəkmiş: "Fala baxmaq adı ilə qızıl və pullarımı aldı" like
  • 10 Okt 17:51  
Digərləri Zərərçəkmiş: "Fala baxmaq adı ilə qızıl və pullarımı aldı"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik

arrow Ətraflı
Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub (FOTO) like
  • 10 Okt 17:51  
Digərləri Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub (FOTO)

Oktyabrın 10-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əli

arrow Ətraflı
Neymar millidə yubiley matçına çıxdı like
  • 10 Okt 17:50  
İdman Neymar millidə yubiley matçına çıxdı

Goal.az-ın məlumatına görə, 27 yaşlı hücumçu bu gör&

arrow Ətraflı
Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi like
  • 10 Okt 17:49  
Şou-biznes Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi

Xalq artisti Brilliant Dadaşova Türkiyənin TV8 kanalında "Gel konuşal

arrow Ətraflı
2023cü ildə “SOCAR Türkiyə”nin yeni neftkimya kompleksi işə düşə bilər like
  • 10 Okt 17:47  
Digərləri 2023cü ildə “SOCAR Türkiyə”nin yeni neftkimya kompleksi işə düşə bilər

"SOCAR Türkiyə" İzmirin Əliağa bölgəsində daha bir neft-kimya

arrow Ətraflı
Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək like
  • 10 Okt 17:45  
Digərləri Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək

Əfqanıstan məhsullarının sərgisi təşkil olunacaq.

arrow Ətraflı
Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb like
  • 10 Okt 17:44  
Digərləri Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velos

arrow Ətraflı
Bakıda avtoyuma məntəqəsi yanıb like
  • 10 Okt 17:39  
Digərləri Bakıda avtoyuma məntəqəsi yanıb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 42 m² olan avtoyuma məntəq

arrow Ətraflı
80 varlı qadınla görüşüb 2 milyon alacaqdı, like
  • 10 Okt 17:39  
Digərləri 80 varlı qadınla görüşüb 2 milyon alacaqdı,

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ Küveyt kral ailəsinin təkli

arrow Ətraflı
AXCP üzvləri piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb like
  • 10 Okt 17:34  
Digərləri AXCP üzvləri piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb

AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi

arrow Ətraflı