Allahşükür Paşazadə Gürcüstan səfiri ilə Keşikçidağla bağlı müzakirə aparıb


Digərləri 10 Okt 2019 17:56:00 59 0

Allahşükür Paşazadə Gürcüstan səfiri ilə Keşikçidağla bağlı müzakirə aparıb

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul edib.

Bakı. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul edib. İdarədən Trend-ə verilən məlumata görə, görüş zamanı QMİ sədri səfirə noyabrın 14-15-də Bakıda keçiriləcək Dünya dini liderlərinin II Sammiti barədə ətraflı məlumat verdi, Patriarxın rəhbərliyi ilə Gürcüstan nümayəndə heyətinin iştirakı ilə bağlı məsələlərdən danışdı. Səfir, öz növbəsində, Gürcüstan Baş Nazirinin Azərbaycana dünənki uğurlu səfəri barədə təəssüratlarını Şeyxülislamla bölüşdü. Daha sonra Azərbaycan-Gürcüstan dini-mənəvi əlaqələri barədə söhbət oldu. Bildirildi ki, tarixin sınaqlarından keçmiş bu əlaqələr hər zaman xalqlarımız, dövlət rəhbərlərimiz və dini liderlərin müdrikliyi sayəsində yüksək səviyyəsini qoruyub saxlaya bilmişdir. QMİ sədri Ümümgürcüstan Patriarx-Katolikosu II İliya həzrətlərini 40 il ərzində tanıdığını, onun müdrikliyinin və üzagörənliyinin hər zaman şahidi olduğunu bildirdi. Dost və qardaş adlandırdığı Patriarxa sonsuz ehtiramı və böyük etimadı olduğunu vurğulayan Şeyxülislam, Qafqaz ağsaqqalı kimi Patriarxın bölgə üçün ən çətin zamanlarda nümayiş etdirdiyi müdrikliyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə verdiyi töhfələri, Qafqaz dini liderlərinin sülhməramlı danışıqlarında vasitəçi kimi çıxış etdiyini yüksək dəyərləndirdiyini vurğuladı. Görüş zamanı Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksinə dair məsələ müzakirə olundu və Patriarxın Şeyxülislam A.Paşazadəyə ünvanlı son məktubu ətrafında da fikir mübadiləsi oldu. Səfirlə söhbətində QMİ sədri Keşikçidağ məsələsinin dövlətlərarası xarakter daşıdığını vurğulayaraq, məsələnin Azərbaycanın suverenliyi çərçivəsində, müvafiq hökumətlərarası komissiyalar tərəfindən Azərbaycan-Gürcüstan xalqları və dövlətləri arasında mövcud ənənəvi dostluq, qardaşlıq, mehriban qonşuluq prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu bildirdi. Bu əsnada, Şeyxülislan səfirə Patriarx II İliya həzrətlərinin bu ilin may ayında verdiyi, Gürcü Patriarxlığının rəsmi vebsaytında yer alan bəyanatını xatırlatdı. Bir neçə ay bundan əvvəl Keçikçidağ kompleksi ətrafında yaranmış məsələ ilə bağlı açıqlamasında Patriarx II İliya bildirmişdi ki, “təəssüflər olsun ki, baş verənləri analiz edərkən, Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən başqa qüvvənin öz hədəflərinə çatmaq üçün kilsə məsələsindən istifadə etməsi təəssüratı yaranır. Lakin təxribatlara asanlıqla uymaq lazım deyil”. Dəvətə görə Şeyxülislam A.Paşazadəyə təşəkkür edən səfir Keşikçidağ ətrafındakı məsələnin hökumətlərarası komissiyalar tərəfindən həlli üzərində iş getdiyini, irəliləyiş olduğunu, danışıqlar vasitəsilə məsələnin addımbaaddım yoluna qoyulacağını bildirdi. Yekdil qənaətə gəlindi ki, bu kimi məsələləri qızışdıran kənar qüvvələr məkrli niyyətlərə xidmət edirlər. Səfir hansısa maraqlı qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərinə hər hansı sahədə xələl gətirməsinə imkan verilməyəcəyini vurğuladı və bu işdə Azərbaycan və Gürcüstan dini liderlərinin müdrikliyinə əmin olduğunu bildirdi. Görüşün sonunda səfir Şeyxülislamın salamlarını və görüş barədə məlumatları Patriarx II İliya həzrətlərinə şəxsən yetirəcəyini diqqətə çatdırdı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub  FOTO like
  • 10 Okt 17:55  
Siyasət Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Oktyabrın 10-da Aşqabadda Azər

arrow Ətraflı
Bu münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır like
  • 10 Okt 17:54  
Siyasət Bu münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır

Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovu

arrow Ətraflı
Zərərçəkmiş: "Fala baxmaq adı ilə qızıl və pullarımı aldı" like
  • 10 Okt 17:51  
Digərləri Zərərçəkmiş: "Fala baxmaq adı ilə qızıl və pullarımı aldı"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik

arrow Ətraflı
Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub (FOTO) like
  • 10 Okt 17:51  
Digərləri Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub (FOTO)

Oktyabrın 10-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əli

arrow Ətraflı
Neymar millidə yubiley matçına çıxdı like
  • 10 Okt 17:50  
İdman Neymar millidə yubiley matçına çıxdı

Goal.az-ın məlumatına görə, 27 yaşlı hücumçu bu gör&

arrow Ətraflı
Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi like
  • 10 Okt 17:49  
Şou-biznes Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi

Xalq artisti Brilliant Dadaşova Türkiyənin TV8 kanalında "Gel konuşal

arrow Ətraflı
2023cü ildə “SOCAR Türkiyə”nin yeni neftkimya kompleksi işə düşə bilər like
  • 10 Okt 17:47  
Digərləri 2023cü ildə “SOCAR Türkiyə”nin yeni neftkimya kompleksi işə düşə bilər

"SOCAR Türkiyə" İzmirin Əliağa bölgəsində daha bir neft-kimya

arrow Ətraflı
Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək like
  • 10 Okt 17:45  
Digərləri Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək

Əfqanıstan məhsullarının sərgisi təşkil olunacaq.

arrow Ətraflı
Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb like
  • 10 Okt 17:44  
Digərləri Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velos

arrow Ətraflı
Bakıda avtoyuma məntəqəsi yanıb like
  • 10 Okt 17:39  
Digərləri Bakıda avtoyuma məntəqəsi yanıb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 42 m² olan avtoyuma məntəq

arrow Ətraflı
80 varlı qadınla görüşüb 2 milyon alacaqdı, like
  • 10 Okt 17:39  
Digərləri 80 varlı qadınla görüşüb 2 milyon alacaqdı,

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ Küveyt kral ailəsinin təkli

arrow Ətraflı
AXCP üzvləri piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb like
  • 10 Okt 17:34  
Digərləri AXCP üzvləri piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb

AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi

arrow Ətraflı
Qvardiola o futbolçunu 500 milyon avroya belə satmaz like
  • 10 Okt 17:32  
İdman Qvardiola o futbolçunu 500 milyon avroya belə satmaz

Manchester City-nin baş məşqçisi Pep Qvardiola futbol

arrow Ətraflı
Biləsuvar sakinində 2 kilodan artıq tiryək aşkarlanıb like
  • 10 Okt 17:29  
Kriminal Biləsuvar sakinində 2 kilodan artıq tiryək aşkarlanıb

Biləsuvar sakinində 2 kilodan artıq tiryək aşkarlanıb.

arrow Ətraflı