Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb


Digərləri 10 Okt 2019 17:44:00 339 0

Bakıda 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra velosiped yolu layihəsinə Bakının mərkəzi küçə və prospektləri qatılacaq:

"Bura Bülbül prospekti, eləcə də Dənizkənarı Milli Park istiqamətində digər küçələr daxil olacaq".