Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi


Şou-biznes 10 Okt 2019 17:49:00 308 0

Brilliant Dadaşova bəstəkarlar tərəfindən aldadıldığını dedi

Xalq artisti Brilliant Dadaşova Türkiyənin TV8 kanalında "Gel konuşalım" proqramında bəstəkarlar Fettah Can və Metin Özülkün tərəfindən aldadıldığını söyləyib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, xalq artisti adıçəkilən türkiyəli bəstəkarlara ümumilikdə 35 min dollar pul verdiyini, lakin indiyədək geri ala bilmədiyini söyləyib:

"Bir neçə il əvvəl 19 min dollar Metin bəyə, 18 min dollar Fettah Cana vermişəm. Nə mahnıları ala bilirəm, nə də pulları. Danışdığım zaman özümü reklam etmiş oluram. Mənə üçüncü yolu desinlər, elə edim".

Proqramın aparıcıları azərbaycanlı sənətçinin bu açıqlamalarını inanılmaz bir iddia kimi təqdim ediblər. Fettah Can və Metin Özülkünün güvənilən bəstəçilər olduğunu, belə bir hərəkət edəcəklərinə inanmadıqlarını, azərbaycanlı sənətçinin bu iddiaları gündəmə gəlmək üçün etdiyini söyləyiblər. 

(adsgarden = window.adsgarden || []).push({});