Qvardiola o futbolçunu 500 milyon avroya belə satmaz


İdman 10 Okt 2019 17:32:00 357 0

Qvardiola o futbolçunu 500 milyon avroya belə satmaz

Manchester City-nin baş məşqçisi Pep Qvardiola futbolçusu Fil Foden haqda danışıb.

Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 19 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səslənidirb:

"Foden hazırkı vəziyyətə görə satılmayacaq yeganə futbolçudur. Onun üçün 500 milyon avro belə versələr, satmayacağıq. Fil heç yerə getmir. Onun mövqeyinə başqa futbolçu transfer edə bilmərik. David Silva komandadan ayrılacağı zaman yeni sehrbazımızın kim olduğunu bilirik".