"İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)


Digərləri 10 Okt 2019 17:22:00 63 0

"İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Ictimai Birliyi tərəfindən çap olunmuş "İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib.

Bakı. Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu" adlı layihə çərçivəsində "Aşıq Şəmşir" Mədəniyyət Ocağı Ictimai Birliyi tərəfindən çap olunmuş "İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə qeyd olunub ki, kitab bir neçə gün bundan əvvəl nəfis tərtibatla işıq üzü görüb. Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlərindən seçmələrin yer aldığı vurğulanıb. Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihənin aktuallığından və əhəmiyyətindən söz açıb, gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bu kimi layihələrin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb: "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi yarandığı gündən mədəniyyətin inkişafında çox mühüm uğurlara imza atıb. Bu birlik hər zaman aşıq sənətinə xüsusi diqqəti ilə seçilib. Bilirsiniz ki, aşıq sənəti daha qədim tarixi keçmişə malikdir. Bu sənət həmişə qəhrəmanlığı tərənnüm edib və hər kəsi qəhrəmanlığa, mübarizəyə səsləyib. İllərdir müharibə şəraitində yaşayan Azərbaycan xalqı üçün qəhrəmanlıqdan bəhs edən sənət əsərləri əhəmiyyət kəsb edir. Torpaqları işğal altında olan xalqımız böyük bir qəhrəmanlığa susayıb. Ona görə də bu gün təqdimatını keçirməkdə olduğumuz kitabın ərsəyə gəlməsi təqdirəlayiqdir. Bu kitabda bizim yaşadığımız hisslər tərənnüm olunub. Hesab edirəm ki, gənclər arasında da vətənpərvərlik hissini artırmaq lazımdır. Bu kitab həm də bu missiyaya xidmət edir". “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, aşıq sənəti bu gün Azərbaycanda kifayət qədər inkişaf edib: "Dövlətimiz tərəfindən də aşıq sənətinə hər zaman diqqət və qayğı göstərilib. Bu gün ölkəmiz həm də beynəlxalq əhəmiyyətli mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu da dövlət başçımızın Azərbaycanda mədəni sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsidir. Bizim bu kitabı çıxarmaqda məqsədimiz qəhrəmanlığa, vətənpərvərliyə diqqətin artırılmasıdır. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatında qəhrəmanlıq dastanları xüsusi yer tutur. Elə buna görə də bizim Ictimai Birlik mütəmadi olaraq aşıq sənətinin təbliği ilə məşğuldur". Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil isə aşıq adının hər kəsə verilməsinin əleyhinə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu ad müqəddəs olduğu üçün hər yoldan ötənə aşıq deyilməməlidir: "Bu gün hər yetənə aşıq adı verilməsi düzgün deyil. Təsəvvür edin ki, Aşıq Ədalətlə yanaşı, filankəsin də aşıq olması qəbahətdir. Mən Aşıqlar Birliyinə müraciət edirəm ki, bu məsələ ilə ciddi şəkildə məşğul olsunlar". Tədbirdə çıxış edən Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sözügedən layihəsini təqdirəlayiq hesab edib. Tədbirdə Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflı Azərbaycan xalqının xeyli sayda şəhid verdiyini xatırladıb. Vurğulayıb ki, xalqımız öz şəhidləri ilə fəxr etməlidir: "Xüsusən də, gənc nəslin nümayəndələri şəhidlərimizlə fəxr etməlidirlər. Bu gün təqdimatına toplaşdığımız kitabda da əsasən qəhrəmanləq tərənnüm olunub. Biz arzu edirik ki, gənclərimiz qəhrəmanlıq dastanlarından ruhlanıb torpaqlarımızı yağı düşmən işğalından geri alsınlar".
"Barattson" özünün ilk səfirini təyin etdi (FOTO/VİDEO) like
  • 10 Okt 17:19  
Digərləri "Barattson" özünün ilk səfirini təyin etdi (FOTO/VİDEO)

Barattson daha bir mötəbər tədbirə imza atıb.

arrow Ətraflı
Azərbaycanda məscid və dini məbədlərə verilən təbii qazın limiti açıqlandı like
  • 10 Okt 17:19  
Digərləri Azərbaycanda məscid və dini məbədlərə verilən təbii qazın limiti açıqlandı

2019-cu ilin oktyabr ayının birinə olan məlumata görə "Azəriqaz"

arrow Ətraflı
Sevda plastik əməliyyat etdirib? like
  • 10 Okt 17:14  
Şou-biznes Sevda plastik əməliyyat etdirib?

Müğənni Sevda Yahyayeva plastik əməliyyat etdirməsi ilə bağlı iddialara

arrow Ətraflı
Yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi dəyişildi like
  • 10 Okt 17:11  
İdman Yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi dəyişildi

Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma g

arrow Ətraflı
Oktyabrın 11-nə manatın məzənnəsi like
  • 10 Okt 17:10  
Digərləri Oktyabrın 11-nə manatın məzənnəsi

Oktyabrın 11-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Kafedə qətl törətdən dostlara like
  • 10 Okt 17:09  
Kriminal Kafedə qətl törətdən dostlara

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə baş verən kütləvi davada

arrow Ətraflı
"Petkim" istehsal rekorduna imza atıb like
  • 10 Okt 17:05  
Digərləri "Petkim" istehsal rekorduna imza atıb

Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7%

arrow Ətraflı
Lavrov: “Suriya ilə Türkiyə arasında dialoqun başlanmasına çalışacağıq” like
  • 10 Okt 17:04  
Dünya Lavrov: “Suriya ilə Türkiyə arasında dialoqun başlanmasına çalışacağıq”

Moskva Suriya və Türkiyə arasında dialoqun başlanmasına nail olmağa çal

arrow Ətraflı
Nazir: Zəlzələdə dağılan 327 evin tikintisi başa çatıb, 206 ev tikilir like
  • 10 Okt 17:01  
Digərləri Nazir: Zəlzələdə dağılan 327 evin tikintisi başa çatıb, 206 ev tikilir

Bu gün Fövqəladə Hallar Nazirliyinində bu il fevralın 5-6-da Şamaxı, İs

arrow Ətraflı
Yaxşı olardı ki, Ermənistan bu məsələni müzakirəyə çıxarsın like
  • 10 Okt 16:57  
Siyasət Yaxşı olardı ki, Ermənistan bu məsələni müzakirəyə çıxarsın

Ermənistan mediasının yaydığı məlumata görə, 11 oktyabr 2019-cu il tari

arrow Ətraflı
Bakı Musiqi Məktəbinin məzunu F.Şubert adına Vyana Konservatoriyasına qəbul olunub like
  • 10 Okt 16:54  
Kriminal Bakı Musiqi Məktəbinin məzunu F.Şubert adına Vyana Konservatoriyasına qəbul olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onb

arrow Ətraflı
Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib (FOTO) like
  • 10 Okt 16:54  
Digərləri Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib (FOTO)

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyy

arrow Ətraflı
Bakı Olimpiya Stadionu "top-10"luqda like
  • 10 Okt 16:50  
İdman Bakı Olimpiya Stadionu "top-10"luqda

Bakı Olimpiya Stadionu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkə

arrow Ətraflı
Gülayı heç belə görməmisiniz like
  • 10 Okt 16:49  
Şou-biznes Gülayı heç belə görməmisiniz

Müğənni Gülay Zeynallı da şou-biznesin pilates ənənəsinə qoşulub.

arrow Ətraflı
BŞBPİ: AXCP üzvləri piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb like
  • 10 Okt 16:48  
Digərləri BŞBPİ: AXCP üzvləri piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb

AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kim

arrow Ətraflı