2023-cü ildə “SOCAR Türkiyə”nin yeni neft-kimya kompleksi işə düşə bilər


Digərləri 10 Okt 2019 17:28:37 288 0

2023-cü ildə “SOCAR Türkiyə”nin yeni neft-kimya kompleksi işə düşə bilər

“SOCAR Türkiyə” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir.

İzmir. Elçin Mehdiyev - “SOCAR Türkiyə” İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Trend-in məlumatına görə, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib. A.Məmmədov vurğulayıb ki, bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq: “Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir.