"Barattson" özünün ilk səfirini təyin etdi (FOTO/VİDEO)


Digərləri 10 Okt 2019 17:19:16 244 0

"Barattson" özünün ilk səfirini təyin etdi (FOTO/VİDEO)

Barattson daha bir mötəbər tədbirə imza atıb.

Bakı. Oktyabrın 8-də Barattson daha bir mötəbər tədbirə imza atıb. Tədbirin əsas məqsədi, Barattsonda “Təhsil üzrə səfir” statusunun yaranması, onun əhəmiyyəti və bu statusun təqdim edildiyi ilk namizədin elan olunması idi. Tədbirdə Barattsonun “Müddətli İcraçı Direktoru” Zeynal Zeynalov, “Marketinq Direktoru” Ceyhun Abdulla və “Təhsil üzrə səfir” statusuna ilkin namizəd, sosial şəbəkələrdə əksəriyyəti tələbələrdən ibarət 80 mindən çox izləyicisi olan, fenomen Səfa Mehdi çıxış edib. Tədbiri ilkin olaraq Ceyhun Abdulla açıq elan edib və hər kəsi salamlayaraq, tədbirin əsas məqsədi, əhəmiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra isə Zeynal Zeynalov Barattson tədris mərkəzinin xidmətləri haqqında, Barattsonun məqsədi və yaratdığı imkanlarla bağlı ümumi məlumat verib. Bu çıxışında Zeynal Zeynalov Barattsonun “Təhsildən Peşəyə” missiyasını əyani şəkildə həyata keçirdiyini və hazırda qarşıya qoyulan əsas məqsədin hər bir tələbələrə yeni iş imkanlarının yaradılması olduğu çatdırıb. Marketinq direktoru Ceyhun Abdulla çıxış edərək tədbirin əsas məğzi olan “Təhsil üzrə səfir” statusu ilə bağlı ətraflı məlumat verib, “Təhsil üzrə səfiri”nin yaradacağı dəyər, qarşısında duran vəzifələrlə bağlı informasiya xarakterli məlumatlar verib.