Lavrov: “Suriya ilə Türkiyə arasında dialoqun başlanmasına çalışacağıq”


Dünya 10 Okt 2019 17:04:00 268 0

Lavrov: “Suriya ilə Türkiyə arasında dialoqun başlanmasına çalışacağıq”

Moskva Suriya və Türkiyə arasında dialoqun başlanmasına nail olmağa çalışacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN başçısı Türkiyə və Suriya arasında dialoqun aparılmasının əhəmiyyətini vurğulayıb.

"İndi biz Türkiyə ilə Suriya arasında dialoqun qurulmasına çalışacağıq. İnanmağa əsasımız var ki, bu, hər iki tərəfin marağındadır", - deyə S. Lavrov qeyd edib.