Əli Kərimli yuxusunda nə görür?


Siyasət 10 Okt 2019 16:41:00 67 0

Əli Kərimli yuxusunda nə görür?

Azərbaycanın radikal müxalifətinin ən böyük və ən ciddi problemlərinlən biri özünü, özlüyünü adekvat dəyərləndirə bilməməsi, olduğundan böyük və güclü görünməyə çalışmasıdır.

Belə natamamlıq kompleksi AXCP sədri, həm də bloqer Əli Kərimlidə daha güclüdür.

Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin binası önündə piket keçirməyə can atan, keçirən, sonra da bu piketi "Milli Şuranın aksiyası" kimi qələmə verərək yürüşə çevirməyə can atan Əli Kərimli həmin mikroskopik siyasi hadisəni çox böyük, az qala regionda geosiyasi dəngələri, qüvvələr nisbətini dəyişə biləcək hadisə kimi qələmə verir.

Onu ən çox sinirləndirən, təbdən çıxaran isə nəyin nə və kimin də kim olduğunu aydın göstərən açıqlamadır.

Bakının mərkəzindəki tragifars təsiri bağışlayan piketi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook profilində yazmışdı: "Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə "bəxş etməmiş" Əli Kərimlinin "siyasətçi qabiliyəti". Elə bu "qabiliyət"in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış "tükənmişlik sindromu"nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir. Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən "liderlər" xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər?"

Sual ritorik təsir bağışlaya bilər, lakin Ə.Həsənov ölkənin müxalifət düşərgəsindəki vəziyyəti situativ təhlil etməklə yanaşı, AXCP sədri Əli Kərimlinin mövcud durumunu da dəqiq səciyyələndirib.

Həqiqətən də, piketi yürüşə, onu da qarşıdurmaya çevirən partiya lideri hazırda bloqerlik etməsinə rəğmən, nə zamansa hakimiyyətə iddialı real siyasi gücə çevrilə bilərmi?

Əli Kərimli sualı cavablamaq əvəzinə həmişəki davranışına, lüğətinə və kəlmələrinə sadiq qalaraq, şablon təfəkkürünü bir daha nümayiş etdirərək Facebook səhifəsində isteriya təsiri bağışlayan statusla çıxış etdi.

"50 nəfərlik piketi" elə idarə etdik ki, ölkənin gündəmi oldu, həmin "piketin" videogörüntülərini ölkədə milyonlarla insan izlədi. "50 nəfərlik piketi" elə idarə etdik ki, rejimə qorxu yaşatdı, xalqa ümid və özgüvən verdi, Azərbaycanda yeni bir mərhələ başlatdı. Əgər xalqımız bir gün də 10 milyonluq ölkəni həmin bu "50 nəfərlik piketi" idarə edənlərə tapşırsa, heç şübhəniz olmasın ki, Azərbaycan əvvəlcə dünyada ilin xalqı olacaq. Sonra da az bir zaman içində Qarabağı qaytarıb, qalib dövlət olacaq. Qanunları şah edib hüquqi dövlət, ölkənin sərvətlərindən hamının bəhrələnməsini təmin edib sosial rifah dövləti olacaq!" - Əli Kərimli yazıb.

Belə absurda cavab vermək vaxt itkisi olsa da, Ə.Kərimliyə bəzi çox sadə həqiqətləri anlatmağa çalışmaqda fayda var. Heç olmazsa, ona hələ də inanan, hətta Fuad Qəhrəmanlı təki lümpenin arxasınca düşüb haralarasa gedib çatacaqlarını xəyal edənləri yanlış yoldan qaytara bildik bəlkə.

Bloqer Əli Kərimlinin nəzərinə çatdırım ki, onun mənsub olduğu siyasi qüvvə 1992-cü ildə hakimiyyətə gəlmişdi. Nə oldu, Dağlıq Qarabağda və ətraf rayonlarda işğal olunmuş əraziləri düşmənlərdən azad edə bildilərmi?! Tam əksinə, bir neçə rayonun erməni terrorçuların əlinə keçməsi ilə yanaşı, daha 4 rayonun işğalı üçün düşmənə ideal zəmin yaradıldı.

Əli Kərimlinin funksioneri olduğu hakimiyyət Azərbaycanda xaos və anarxiyanın alovlanmasına birbaşa rəvac verdi. Proseslər o həddə çatdı ki, ölkənin şimalında və cənubunda etnik separatizm bəlalarını süni şəkildə yaradıb taun kimi yaymağa çalışdılar.

Surət Hüseynovun silahlı dəstələri isə Bakıya girərək "Elçibəyçi ovu"na çıxdı.

"Sizin hamınızı Azadlıq meydanında asacağam!" deyən Surət Hüseynovun qarşısından qaçan Əli Kərimli, onun rəhbəri və onun "həmkar"ları nədən o zaman "qalib dövlət"in məmurları, nazirləri, millət vəkilləri kimi davranmadılar?

"sosial rifah dövləti"ni vəd edən Əli Kərimlinin mənsub olduğu hakimiyyət dönəmində xalqa kombinə edilmiş mal yemindən, arpadan çörək bişirib satan kəsləri himayə edən kimlərdir?

Bakıda sakinlərin səhər saat 4-də durub çörək növbəsinə yollanmalarının səbəbkarları kimlərdir, Əli Kərimli?!

AXCP-Müsavat duetinin biabırçı, rəzalət, yaramaz idarəetmə mexanizmi idi, cənab bloqer.

Vətəndaşlarımızı miskin, dövlətimizi məğlub, cəmiyyətimizi pərişan vəziyyətə qoyanlar, sonra hakimiyyətdən qaçanlar, ümidi Naxçıvandan gələn Heydər Əliyevə bağlayıb sağ qalanlar indi millət fədailəri, demokratiya uğrunda mübarizlər, qətiyyətli siyasətçilər kimi təqdim edirlər.

Və unudurlar ki, məhz Heydər Əliyevin sayəsində, ümumiyyətlə, sağ qalıblar.

50 nəfərlik piketi dürüst təşkil edə bilməyən, Rusiya müxalifətinin Qərbdən əxz edərək son aksiyalarında gerçəkləşdirməyə başladığı "moskit mitinqi" taktikasından yararlanmaq istəyən Əli Kərimlinin iddiaları nəinki gülünc, hətta absurddur.

"Moskit mitinqi" əslində effektiv taktikadır. Belə ki, ənənəvi mitinq və ya yürüşdən fərqli olaraq, belə taktika seçiləndə aksiya iştirakçıları 5-10 nəfərlik qruplara bölünür, şəhərin mərkəzi küçələri ilə yeriyərək şüarlar deyir, diqqət cəlb edirlər. Az sonra hər qrup yeni dəstənin özəyinə çevrilir və aksiya qısa zamanda minlərlə, on minlərlə insanın yürüşünə dönür.

Bu, Qərbdə və Rusiyada belədir.

Azərbaycanda isə Ə.Kərimli guya istefa vermiş Fuad Qəhrəmanlını "Milli Şuranın piketi" məzhəkəsinə yollayır, iki qızına və arvadına divan tutmağı ilə böyük qalmaqala səbəb olmuş bu şəxs də bir dəstə tərəfdaşını arxasına salıb mərkəzi küçələrlə yeriyir. Mobil telefon vasitəsilə sürəkli olaraq Əli Kərimli ilə məsləhətləşən F.Qəhrəmanlı təlimatlar alsa da, intellektual səviyyəsi Qərb lekalının yerli şəraitdə gerçəkləşməsi üçün yetmədi.

Əli Kərimli belə kadrlarla hakimiyyətə gəlmək, üstəlik də "hüquqi, inkişaf etmiş dövlət" vədini reallaşdırmaq istəyirsə, ya reallıq hissini bilmərrə itirib, ya da sosial şəbəkədəki trollarının arasına yeni şəxsləri qatmaq ümidi ilə demaqogiyanın ən bəsit növünü seçib.

AXCP və onun süni peyki, marionet struktur "Milli Şura"nın son aksiyası həqiqətən də radikal müxalifətdəki tükənmişlik sindromunu göstərməklə yanaşı, radikal və aqressiv dəstənin məqsədlərini də ortaya qoydu.

Əli Kərimli xəyallarını reallıqla səhv salsa da, doğrunu yalan, yalanı da doğru kimi təqdim etməyə çalışsa da.

Elçin Alıoğlu Son.az

Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı like
  • 10 Okt 16:39  
Digərləri Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik

arrow Ətraflı
İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə ittiham edilən şəxs bəraət aldı like
  • 10 Okt 16:39  
Kriminal İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə ittiham edilən şəxs bəraət aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miq

arrow Ətraflı
Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır like
  • 10 Okt 16:34  
Digərləri Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır

Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik

arrow Ətraflı
Türkiyə ordusu bu məntəqələri terrorçulardan azad etdi like
  • 10 Okt 16:31  
Dünya Türkiyə ordusu bu məntəqələri terrorçulardan azad etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Təl-Əbyad və Ras-əl-A

arrow Ətraflı
İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı like
  • 10 Okt 16:26  
Kriminal İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam R

arrow Ətraflı
Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur... like
  • 10 Okt 16:22  
Kriminal Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...

Son bir ay ərzində qadınlara qarşı sadəcə mediaya məlum olan zorakılıq

arrow Ətraflı
Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb like
  • 10 Okt 16:17  
Digərləri Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları aras

arrow Ətraflı
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir  FOTO like
  • 10 Okt 16:15  
Siyasət Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dö

arrow Ətraflı
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib (FOTO) like
  • 10 Okt 16:12  
Digərləri Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib (FOTO)

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dö

arrow Ətraflı
"Azercell"in mobil klinikalarında 10 mindən çox insan müayinə edilib like
  • 10 Okt 16:09  
Digərləri "Azercell"in mobil klinikalarında 10 mindən çox insan müayinə edilib

Hər il oktyabr ayının ikinci cümə axşamı “Ümumdünya Görmə Günü”

arrow Ətraflı
Burak Özçivitin serialının ilk videosu rekord qırdı like
  • 10 Okt 16:08  
Digərləri Burak Özçivitin serialının ilk videosu rekord qırdı

Baş rolunda Burak Özçivitin çəkildiyi "Kuruluş Osman" serialın

arrow Ətraflı