“Qarabağ Azərbaycandır!” Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib


Siyasət 10 Okt 2019 16:47:00 60 0

“Qarabağ Azərbaycandır!” Münaqişənin həlli perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

Qarabağ Azərbaycanındırsa, onun ermənilərə verilməsi mümkün ola bilməz. Bu faktın ifadə olunması danışıqlar prosesinə təsir göstərə bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri" mövzusunda keçirilən dəyirmi masada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, "Qarabağ Azərbaycandır" artıq bir şüara çevrilib və onun əks-sədası kifayət qədər yüksəkdir: "Bu, hər bir vətəndaş üçün böyük çağırışdır. Bu, xalqı öz ətrafında birləşdirən bir ideya kimi qəbul edilməlidir. Amma milli ideyanı təşkilata çevirmək olmaz, bu, ideyanın tamam başqa istiqamətə keçməsinə imkan yaradar. Prezidentin bu ideyası milli ideya kimi qəbul edilməlidir".

Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır: "Biz bu ideyanın genişlənməsini istəyərək bir sıra addımlar atmışıq. YAP olaraq BNA ilə birlikdə yollarda "Qarabağ Azərbaycandır!" şüarı qoymuşuq və bunun digər yerlərdə də qoyulmasını planlaşdırmışıq".

Milli Məclisin deputatı Fəzail İbrahimli qeyd edib ki, Azərbaycan bu gün dünyanın ən güclü dövlətlərindən biridir: "Bizim bu gün güclü dövlətimiz və Ordumuz var. Hesab edirəm ki, Azərbaycan Prezidentinin məlum bəyanatı onun qətiyyətli mövqeyidir. Bu qətiyyətdən bir neçə istiqamətə mesaj gedir". Deputat Hikmət Babaoğlu isə çıxışında bildirib ki, Azəbaycan Ordusu Prezidentin bu bəyanatını döyüş tapşırığı kimi qəbul etməlidir: "Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikir cəmiyyətdə ruh yüksəkliyi yaradıb. Təklif edirəm ki, həmsədr ölkələrin səfirliklərinin qarşısında "Qarabağ Azərbaycandır!" aksiyası keçirilsin".

Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident İlham Əliyevin məlum bəyanatı ilə erməni yalanlarının ifşa olunduğunu söyləyib: "Məhz həmin bəyanatın səslənməsi və erməni yalanlarının ifşası üçün seçilən məkan da önəmlidir. Hesab edirəm ki, məcburi köçkünlərin də mövqeyi aydındır. Onlar ölkə başçısının siyasətinə arxalanırlar. Bütün xalqımız, məcburi köçkünlərimiz Prezident İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir".

Politoloq Arzu Nağıyev bu ideyanı dəstəkləyərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Valday Klubunda "Qarabağ Azərbaycandır və nida" deməklə onu göstərdi ki, ən açar fiqurların qarşısında da bu fikri söyləmək olar. Bu fikrin söylənildiyi auditoriya yüksək auditoriya idi. Bu fikri söyləmək çox mühüm bir addım idi. Bu ideya Dağlıq Qarabağın Azərbaycan torpağı olmasını bir daha təsdiqlədi və Azərbaycanın nəyin bahasına olur-olsun öz torpaqlarını geri qaytaracağına əminlik yaratdı".

A.Nağıyev Azərbaycan xalqının bu ideya ətrafında birləşməsini vacib sayıb.

Baş katib: Bədii gimnastika və aerobika gimnastikası üzrə yerli yarışlar gənc idmançılara öz bacarıqlarını göstərməyə imkan verəcək like
  • 10 Okt 16:45  
Digərləri

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgə

arrow Ətraflı
Hüseynin kortejindəki 8 nəfər cəzalandırıldı like
  • 10 Okt 16:44  
Digərləri Hüseynin kortejindəki 8 nəfər cəzalandırıldı

Samara şəhərinin hüquq-mühafizə orqanları məşhur azərbaycanlı blogger

arrow Ətraflı
Əli Kərimli yuxusunda nə görür? like
  • 10 Okt 16:41  
Siyasət Əli Kərimli yuxusunda nə görür?

Azərbaycanın radikal müxalifətinin ən böyük və ən ciddi problemlərinl

arrow Ətraflı
Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı like
  • 10 Okt 16:39  
Digərləri Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik

arrow Ətraflı
İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə ittiham edilən şəxs bəraət aldı like
  • 10 Okt 16:39  
Kriminal İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə ittiham edilən şəxs bəraət aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miq

arrow Ətraflı
Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır like
  • 10 Okt 16:34  
Digərləri Azərbaycanda sənaye məhəlləsində türk təsisçilər 2 müəssisə yaradır

Azərbaycanın sənaye parklarında işləyən rezidentlər arasında hələlik

arrow Ətraflı
Türkiyə ordusu bu məntəqələri terrorçulardan azad etdi like
  • 10 Okt 16:31  
Dünya Türkiyə ordusu bu məntəqələri terrorçulardan azad etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Təl-Əbyad və Ras-əl-A

arrow Ətraflı
İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı like
  • 10 Okt 16:26  
Kriminal İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam R

arrow Ətraflı
Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur... like
  • 10 Okt 16:22  
Kriminal Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...

Son bir ay ərzində qadınlara qarşı sadəcə mediaya məlum olan zorakılıq

arrow Ətraflı
Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb like
  • 10 Okt 16:17  
Digərləri Stadionumuz MDBdəki idman arenaları arasında ilk üçlükdə yer alıb

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları aras

arrow Ətraflı
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir  FOTO like
  • 10 Okt 16:15  
Siyasət Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərdədir FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dö

arrow Ətraflı