Baş katib: Bədii gimnastika və aerobika gimnastikası üzrə yerli yarışlar gənc idmançılara öz bacarıqlarını göstərməyə imkan verəcək


Digərləri 10 Okt 2019 16:45:07 236 0

Baş katib: Bədii gimnastika və aerobika gimnastikası üzrə yerli yarışlar gənc idmançılara öz bacarıqlarını göstərməyə imkan verəcək

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları gənc idmançılara öz bacarıqlarını göstərməyə və böyük yarış təcrübəsi yığmağa imkan verəcək.

Bakı. Cani Babayeva - Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları gənc idmançılara öz bacarıqlarını göstərməyə və böyük yarış təcrübəsi yığmağa imkan verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib. O bildirib ki, həm bədii, həm də aerobika gimnastikası üzrə yarışlar bir neçə yaş qrupunda keçəcək. Bu, kiçik yaş qruplarında liderlərin müəyyən olunmasını və böyük yaş qruplarına keçirilməsini təmin edəcək. N.Məmmədzadə əlavə edib ki, Azərbaycanın 17 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir və Azərbaycan Gimnastika Federasiyası bu növ üzrə Bölgələr Kubokunu altıncı dəfə təşkil edir. Qeyd edək ki, bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib. Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.