İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə ittiham edilən şəxs bəraət aldı


Kriminal 10 Okt 2019 16:39:00 250 0

İrandan Azərbaycana yarım ton narkotik gətirməkdə ittiham edilən şəxs bəraət aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı məlumat yayıb.

O qeyd edib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi görmədiyi üçün N.Abbasova bəraət verib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

İttihama görə, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi nakotik vasitəni Polşaya göndərməli imiş.