SON DƏQİQƏ: Türkiyəyə hücum edildi


Dünya 10 Okt 2019 16:08:00 296 0

SON DƏQİQƏ: Türkiyəyə hücum edildi

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.